"Unicapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 01 iyun, 2026
  • 15:47
Unicapital İnvestisiya Şirkəti maliyyə vəziyyətini açıqlayıb

"Unicapital İnvestisiya Şirkəti" ASC 2025-ci ili 285 min manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 17,6 % azdır.

Ötən il "Unicapital"ın vergiyəqədərki mənfəəti 305 min manat (əvvəlki illə müqayisədə 34,3 % az), mənfəət vergisi ödəmələri isə 19 min manat (6 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə "Unicapital"ın aktivləri 8,550 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 dəfə azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,9 dəfə azalaraq 6,608 milyon manata, balans kapitalı isə 17,2 % artaraq 1,942 milyon manata düşüb.

Xatırladaq ki, "Unicapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin təsisçisi 100% "Unibank" ASC-dir.

44 filmi