"Unibank" yeni kampaniyaya start verib
- 07 may, 2018
- 16:08
Bakı. 7 may. REPORT.AZ/ “Unibank” Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı depozit kampaniyası keçirir.
Bu barədə “Report”a Bankın Mətbuat xidmətindən məlumat verilib.
Kampaniyaya görə, mayın 31-dək “Unibank”da depozit açanlar əlavə 2% hədiyyə qazanacaqlar.
Aksiya müddətində yerləşdirilən depozitlərə +2% əlavə olunacaq. Bununla da “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 13%-ə, “Yığım” və “Proqressiv” depozitinin faiz dərəcəsi isə illik 11%-ə çatıb.
Müştərilər “Unibank”ın kampaniyasında iştirak etməklə ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olur, bazarda çox sərfəli depozit faizləri əldə edir (maximum 13%-dək), depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur, vəsaitlər daha təhlükəsiz ünvanda saxlanılaraq sizə illik artım gətirir.
Müştərilərin vəsaitləri qorumağın və artırmağın ən yaxşı, təhlükəsiz və gəlirli üsulu depozit hesabı açmaqdır. “Unibank”ın depozit kampaniyasında iştirak edərək müştəri özünün və övladlarının gələcəyini indidən təmin edə bilər.
“Unibank” müxtəlif əmanət növləri təklif etməklə müştərilərə seçim imkanları verir:
“Müddətli” əmanət
Mayın 31-dək açılan “Müddətli” əmanət hesablarına müddətin sonuna 13% faiz hesablanacaq.
Əmanətin minimal məbləği 500 AZN/EUR/USD-dir. Müddətli əmanət növü 3-36 ay müddətinə açılır.
“Yığım” əmanəti
Hər ay gəlirindən bir qədər qənaət edib yığım etmək istəyən müştərilər bankın “Yığım” əmanət növündə hesab aça bilərlər. İlkin minimal məbləğ qoyuluşu 50 AZN/USD olan bu əmanət növündə hesabınıza hər ay məbləğ əlavə etmək mümkündür. Kampaniya müddətində "Unibank"da illik 11%-lə “Yığım” əmanət hesabı aça bilərsiniz.
“Proqressiv” əmanət
Bu əmanət növü hesabdakı vəsaitlərini istənilən vaxt çıxaran və faizlərini itirmək istəməyənlər üçündür. "Unibank"ın “Proqressiv” əmanətində minimum 200 AZN/USD depozit yerləşdirmək lazımdır. Manat valyutasında əmanətlər illik 11% gəlir gətirir.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 15% təşkil edir və "Unibank"a yerləşdirilən bütün əmanətlər sığortalanır.