"Unibank"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 07 avqust, 2026
- 16:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 11-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Unibank" ASC-nin 5 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 5 000 ədəd istiqrazın yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazlar 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.