“Unibank” 3% endirimlə, 6 aya qədər güzəştli aqrokreditlər təklif edir
- 15 fevral, 2018
- 07:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 fevral. REPORT.AZ/ “Unibank” ASC kənd təsərrüfatı istehsalçılarına 300 min manata qədər və 3% endirimlə kredit təklif edir.
“Report”un banka istinadən verdiyi xəbərə görə, aqrokreditlər 6 aya qədər güzəşt müddətlidir.
Bank 20 min manatdan yuxarı kənd təsərrüfatı kreditlərinə nağdlaşdırma və köçürmədə 50%-lik endirim edir.
20 - 300 min manat arasında kənd təsərrüfatı kreditləri VÖEN-i olan sahibkarlara verilir. Kreditin maksimal müddəti 3 il, güzəşt müddəti 6 aydır. Girov tələb olunur.
“Unibank”ın biznes müştərisi olmaq dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı, hesabın bir neçə dəqiqə ərzində bron edilməsi, kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkədəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı, kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması, sənəd dövriyyəsinin minimuma endirilməsi, “Unibank” və “eManat” terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı verir.
Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-a qədər“Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər.