Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini 30%-ə qaldırıb

Maliyyə
  • 03 mart, 2015
  • 14:14
Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini 30%-ə qaldırıb

Bakı. 3 mart. REPORT.AZ/ Ukrayna Mərkəzi Bankı (UMB) martın 4-dən etibarən uçot dərəcəsini 19,5%-dən 30%-ə artırdığı bəyan edib. "Report"un məlumatına görə, bunu UMB sədri Valeriya Qontaryova məlumat verib.

V.Qontaryova sabahdan etibarən pul-kredit siyasətinin daha da sərtləşdiriləcəyini bildirib. UMB-nin İdarə Heyəti bu qərarla pul-kredit bazarında sabitliyi ələ almağa çalışır.

Qeyd edək ki, bundan öncəki faiz artımı nəticəsində fevralın 6-da uçot dərəcəsi 14%-dən 19,5%-ə yüksəldilib. UMB-dən bildirilib ki, qərar inflyasiyanın qarşısının alınması, Ukraynanın şərqində baş verən hadisələr və milli valyuta - qrivnanın devalvasiyası səbəbindən edilib.

44 - Tezliklə