UCLG WUF13-də: Qlobal mənzil böhranının həlli üçün inkişaf banklarının birgə fəaliyyəti zəruridir
- 19 may, 2026
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal mənzil böhranının aradan qaldırılması milli, beynəlxalq və regional inkişaf banklarının əlaqələndirilmiş işini tələb edir.
"Report"un məlumatına görə, bunu UCLG-nin (United Cities and Local Governments) baş katibi Emiliya Saiz Bakıda keçirilən Ümumdünya Şəhərrsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal mənzil böhranı: plan nədir?" panel müzakirəsində bəyan edib.
"Yerli maliyyələşdirmə dəyişməlidir. O, həm beynəlxalq maliyyə infrastrukturunda, həm də milli infrastrukturda dəyişməlidir. Lakin milli, beynəlxalq və regional inkişaf bankları əlaqələndirilmiş şəkildə fəaliyyət göstməli, yerli və regional hakimiyyət orqanlarının potensialının gücləndirilməsi üzərində işləməlidirlər.
Lakin təkcə potensial kifayət deyil. Səlahiyyətlər də vacibdir. Söhbət səlahiyyətlərdən gedəndə, gəlin nəzərə alaq ki, mənzil sahəsi heç də hər yerdə yerli və regional hakimiyyət orqanlarının səlahiyyətinə aid deyil. Biz miqyası genişləndirməli, əhatə dairəsinin ambisiyalılığını artırmalıyıq. Biz əmin olmalıyıq ki, bu, yerli və ərazi reallıqlarının hüdudlarını və milli sərhədləri aşan kollektiv gündəlikdir", - E.Saiz bəyan edib.