"TuranBank" “ASAN Məktub”la birgə uşaqların arzularını gerçəkləşdirib

Maliyyə
  • 26 dekabr, 2022
  • 08:27
TuranBank “ASAN Məktub”la birgə uşaqların arzularını gerçəkləşdirib

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan "TuranBank" ASC Yeni il bayramı münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib.

Belə ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində "TuranBank" əməkdaşları ASAN Könüllülərlə birlikdə öz arzularını yazan uşaqların görüşünə gedib, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edib. Adıçəkilən sosial layihə çərçivəsində Bank Quba şəhəri və Xaçmaz rayonunun Köhnə Xaçmaz, Gülalan kəndlərinin kiçik sakinlərini sevindirib.

"TuranBank" Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan TuranBank “ASAN Könüllüləri” Təşkilatı və "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.

Bundan sonra da "TuranBank" həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələri, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalar edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.

"TuranBank"

Bizimlə etibarlıdır ...

44 - Tezliklə