“Trading Economics” Azərbaycan üçün iqtisadi artım proqnozunu açıqlayıb

Maliyyə
  • 27 mart, 2024
  • 10:15
“Trading Economics” Azərbaycan üçün iqtisadi artım proqnozunu açıqlayıb

Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu azaldıb.

“Report” bu barədə iqtisadi nəşrə istinadən xəbər verir.

Bildirilib ki, bu ilin birinci rübündə ÜDM proqnozu 3 %, ikinci rübün sonuna 3,4 %, üçüncü rübün sonuna 2,8 %, dördüncü rübün sonuna isə 1,5 % səviyyəsində olacaq.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 %, 2025-ci ildə 2,9 % səviyyəsində gözlənilir. Bu ilin yanvar-fevral aylarında iqtisadi artım 5 % təşkil edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 2,6 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda ÜDM istehsalının bu il 2,4 %, 2025-ci ildə isə 2,5 % artacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in artım proqnozunu 2,5 % olacağını proqnozlaşdırır. IMF 2024-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,3 % səviyyəsində proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,5 % olacaq.

Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 2,5 %, 2025-ci ildə isə 2,7 % səviyyəsində müəyyən edib.

44 filmi