İtaliya şirkətlərinin Azərbaycanda istehsal layihələrində iştirakı müzakirə edilib
- 22 oktyabr, 2026
- 16:36
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya şirkətlərinin Azərbaycanda istehsal layihələrində və texnologiya transferində iştirakı müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat verib.
Nazir bildirib ki, İtaliyaya işgüzar səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüş keçirib: "Görüşdə sənaye, ticarət və investisiya sahələrində tərəfdaşlığımızın genişləndirilməsi imkanlarını müzakirə etdik. Kritik minerallar, metallurgiya və rəqəmsal texnologiyalar üzrə birgə layihələr barədə fikir mübadiləsi apardıq".
M. Cabbarov qeyd edib ki, sənayenin modernləşdirilməsinə xidmət edən təşəbbüslərin maliyyələşdirilməsi və biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri nəzərdən keçirilib.