"TCF" BOKT-un xalis mənfəəti 31 %-ə yaxın azalıb
- 30 may, 2025
- 14:25
Yeniliklərdən dərhal xəbərdar olun!
"TCF" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 424 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 30,7 % azdır.
Ötən il "TCF"nin vergiyəqədərki mənfəəti 582 min manat (əvvəlki ilə nisbətən 32,2 % az), mənfəət vergisi ödəmələri isə 158 min manat (- 35,8 %) təşkil edib.
Bu il yanvarın 1-nə "TCF"in aktivləri 15,685 milyon manat olub ki, bu da illik müqayisədə 7,6 % azdır. Bunun 14,378 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 9,3 % kiçilib.
Hesabat dövründə "TCF"in öhdəlikləri 11,4 % azalaraq 13,398 milyon manata düşüb, balans kapitalı isə 22,8 % artaraq 2,287 milyon manata çatıb.
Xatırladaq ki,"TCF" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min manatdır. BOKT-un səhmdarı 100% "Baku Electronics" MMC-dir.