"TCF" BOKT-un mənfəəti kəskin artıb

Maliyyə
  • 31 mart, 2022
  • 12:33
TCF BOKT-un mənfəəti kəskin artıb

"TCF" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 818 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 88 min manat mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "TCF"nin vergiyəqədərki mənfəəti 916 min manat (əvvəlki ilə nisbətən 10,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 98 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə "TCF"in aktivləri 16,691 milyon manat olub ki, bu da illik müqayisədə 5,3 dəfə çoxdur. Bunun 12,997 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 4,7 dəfə böyüyüb.

Hesabat dövründə "TCF"in öhdəlikləri 5,2 dəfə artaraq 15,709 milyon manata, balans kapitalı isə 6 dəfə artaraq 981 min manata çatıb.

Xatırladaq ki,"TCF" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min manatdır. BOKT-un səhmdarı 100% Tahir Rəhimovdur.

44 - Tezliklə