“TBC Kredit” BOKT-un xalis mənfəəti 18 % azalıb

Maliyyə
  • 30 aprel, 2024
  • 12:34
“TBC Kredit” BOKT-un xalis mənfəəti 18 % azalıb

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 1,265 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 17,7 % azdır.

Ötən il “TBC Kredit”in vergiyəqədərki mənfəəti 1,407 milyon manat (əvvəlki ilə nisbətən 12,6 % az), mənfəət vergisi ödəmələri isə 142 min manat (97,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “TBC Kredit”in aktivləri 20,522 milyon manat olub ki, bu da illik müqayisədə 18,7 % çoxdur. Bunun 11,718 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-ci ildə BOKT-un kredit portfeli 12,2 % böyüyüb.

Hesabat dövründə “TBC Kredit”in öhdəlikləri 28,7 % artaraq 8,793 milyon manata düşüb, balans kapitalı isə 12,1 % artaraq 11,729 milyon manata çatıb.

Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,453 milyon manatdır. BOKT-un təsisçisi 100% Gürcüstanın “TBC Bank”ıdır.

44 - Tezliklə