Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu auditor seçib

Maliyyə
  • 20 may, 2025
  • 13:24
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu auditor seçib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Hesabat" MMC-dir.

Qalib şirkətə 1 780 manat ödəniləcək.

44 - Tezliklə