“Standard Insurance” müflis elan edilib, Ləğvetmə Komissiyası yaradılır
Maliyyə
- 24 avqust, 2020
- 10:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) bu il mayın 19-da lisenziyasını ləğv etdiyi “Standard Insurance” Sığorta Şirkəti müflis elan edilib.
Bu barədə “Report”a İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı iyulun 29-da Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edib.
Hazırda sığorta şirkətində Ləğvetmə Komissiyası yaradılır. Komissiyaya elə R.Əhmədov rəhbərlik edəcək.
Qanunvericiliyin tələblərinə uyğun olaraq “Standard Insurance”lə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklər İSB-yə ötürüləcək, könüllü sığorta müqavilələri isə ləğv olunaraq sığorta haqları müştərilərə geri qaytarılacaq.
Son xəbərlər
10:08
DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
Daxili siyasət
10:07
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
Biznes
10:03
Fransada "Ostin" qasırğası səbəbindən 161 min ev işıqsız qalıb
Digər ölkələr
10:02
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Polşa ilə üz-üzə gələcək
Komanda
09:43
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
Digər
09:43
Azərbaycan Basketbol Liqasında IV tur başlayır
Komanda
09:34
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Maliyyə
09:33
Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır
Maliyyə
09:29
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
Futbol