“Standard Insurance”in baş ofisinin satışına dair 9-cu hərrac keçiriləcək
- 18 noyabr, 2021
- 12:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 23-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 9-cu hərrac keçiriləcək.
Bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.
Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.
Əmlak üçün ilkin qiymərti ilə müqayisədə təxminən 2 dəfə az - 1 092,5 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 10 925 manat beh kimi ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
| Daşınmaz əmlak növü | Ünvanı | Ümumi sahəsi | Hərrac qiyməti AZN | Beh AZN |
| Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil | Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 | 56.6 м² | 1.092.500 | 10.925 |
| Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 | 46.5м² | |||
| Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 | 52.7 м² | |||
| Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 | 114.7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
https://www.birjanews.az/herrac-elanlar/64
Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.