Sosial Xidmətlər Agentliyi sığortaçı seçib

Maliyyə
  • 02 oktyabr, 2026
  • 17:23
Sosial Xidmətlər Agentliyi sığortaçı seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi 9 daşınmaz əmlakının icbari qaydada sığortalanması üzrə birbaşa satınalma həyata keçirib.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Agentliyin seçimi "Atəşgah Sığorta" ASC olub.

Şirkətə 4 822 manat ödəniləcək.