Son 3 ildə Azərbaycana pul köçürmələri 60% azalıb

Maliyyə
  • 18 may, 2017
  • 06:41
Son 3 ildə Azərbaycana pul köçürmələri 60% azalıb

Bakı. 18 may. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycana xaricdən 140,5 mln. ABŞ dolları məbləğində pul köçürülüb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20% azdır.

2015-ci ilin yanvar-mart aylarına nisbətən Azərbaycana göndərilən pul baratları 40%, 2014-cü ilin I rübünə nisbətən isə 60% azalıb.