Son 1 ildə Azərbaycanın valyuta ehtiyatları 16 %-ə yaxın artıb
- 23 aprel, 2026
- 15:17
Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 172,7 milyon ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunun 86,3 %-i və yaxud 73 milyard 515,9 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7 %-i və yaxud 11 milyard 656,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 116,3 milyon ABŞ dolları və yaxud 0,1 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 25,6 milyon ABŞ dolları və yaxud cüzi azalma, AMB-nin valyuta ehtiyatlarında isə 141,9 milyon ABŞ dolları və yaxud 1,2 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 11 milyard 406 milyon ABŞ dolları və yaxud 15,5 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 10 milyard 775,7 milyon ABŞ dolları və yaxud 17,2 %, AMB-nin valyuta ehtiyatları isə 630,3 milyon ABŞ dolları və yaxud 5,7 % artım nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
| 01.04.2026 | 73 515,9 | 11 656,8 | 85 172,7 |
| 01.01.2026 | 73 541,5 | 11 514,9 | 85 056,4 |
| 01.10.2025 | 70 161,7 | 11 310,5 | 81 472,2 |
| 01.07.2025 | 66 515,6 | 11 153,9 | 77 669,5 |
| 01.04.2025 | 62 740,2 | 11 026,5 | 73 766,7 |