"Sizin Lombard" maliyyə vəziyyətini açıqlayıb
- 04 iyul, 2025
- 10:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən “GL” ASC 2024-cü ili 3,035 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 5,5 % çoxdur.
Ötən il “GL”in vergiyəqədərki mənfəəti 3,911 milyon manat (əvvəlki ilə nisbətən 7,2 % çox), mənfəət vergisi ödəmələri isə 876 min manat (13,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “GL”in aktivləri 52,925 milyon manat olub ki, bu da illik müqayisədə 18,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 20 % artaraq 50,758 milyon manata çatıb, balans kapitalı 7,2 % azalaraq 2,167 milyon manata düşüb.
Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 254 635 manatdır. Şirkətin səhmləri 100 % Fərman Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.