“Silk Vey Vest Aviaşirkəti” ötən il mənfəətini 28 %-dən çox artırıb
- 27 iyun, 2022
- 05:56
Yeniliklərdən dərhal xəbərdar olun!
“Silk Vey Vest Aviaşirkəti” MMC 2021-ci ili 920,230 milyon manat xalis mənfəətlə başa vurub.
”Report” xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 28,5 % çoxdur.
Ötən il qurumun vergiyəqədərki mənfəəti 1 milyard 151,461 milyon manat (əvvəlki illə müqayisədə 47,5 % çox), mənfəət vergisi ödəmələri isə 231,231 milyon manat (3,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Silk Vey Vest Aviaşirkəti”nin aktivləri 2 milyard 043,202 milyon manat olub ki, bu da illik müqayiəsədə 17,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,4 % artaraq 1 milyard 416,869 milyon manata, balans kapitalı 85,6 % artaraq 626,333 milyon manata, o cümlədəm nizamnamə kapitalı 39,6 % artaraq 172,091 milyon manata çatıb.
Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Onun təsisçisi isə “Silk Vey Aviaşirkəti” MMC-dir. Hər iki şirkət "Silk Vey Holdinq" MMC-yə daxildir.