"Silk Vey Vest Aviaşirkəti”nin istiqrazlarına 13 investor maraq göstərib
- 23 dekabr, 2024
- 13:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Silk Vey Vest Aviaşirkəti” MMC-nin 20 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 20 000 ədəd istiqraz standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 13 investor 20,384 milyon dollarlıq 13 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 5,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PSG Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.