"Silk Vey Vest Aviaşirkəti”nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 13 iyun, 2025
- 18:08
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 20-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Silk Vey Vest Aviaşirkəti” MMC-nin 10 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 10 000 ədəd istiqrazın yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 5,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.