“SF Azerbaijan" BOKT ötən ili zərərlə başa vurub
- 04 iyun, 2024
- 05:57
“SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 921 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2022-ci ildən 401 min manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il “SF Azerbaijan”ın vergiyəqədərki zərəri 484 min manat (əvvəlki ilə nisbətən 20,7 % çox), mənfəət vergisi ödəmələri 437 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə “SF Azerbaijan”ın aktivləri 19,875 milyon manat olub ki, bu da illik müqayisədə 148,3 dəfə çoxdur. Bunun 16,39 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. 2023-cü ildə BOKT-un kredit portfeli 8 195 dəfə böyüyüb.
Hesabat dövründə "SF Azerbaijan”ın öhdəlikləri 37 dəfə artaraq 21,236 milyon manata, balans kapitalının çatışmazlığı isə 3,1 dəfə artaraq 1,361 milyon manata çatıb.
Xatırladaq ki, "SF Azerbaijan” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Latviyanın "Sun Finance Cetral Asia AS" şirkətidir.