“SF Azerbaijan" BOKT maliyyə vəziyyətini açıqlayıb
- 30 iyun, 2025
- 16:15
Yeniliklərdən dərhal xəbərdar olun!
“SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 37,74 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 316 min manat xalis zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il “SF Azerbaijan”ın vergiyəqədərki mənfəəti 47,191 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri 9,451 milyon manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “SF Azerbaijan”ın aktivləri 81,624 milyon manat olub ki, bu da illik müqayisədə 4 dəfə çoxdur. Bunun 57,837 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. 2024-cü ildə BOKT-un kredit portfeli 3,6 dəfə böyüyüb.
Hesabat dövründə "SF Azerbaijan”ın öhdəlikləri 2,2 dəfə artaraq 46,023 milyon manata çatıb, balans kapitalındakı 755 min manatlıq çatışmazlıq isə 35,6 milyon manatlıq kapitalla əvəz olunub.
Xatırladaq ki, "SF Azerbaijan” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Latviyanın "Sun Finance Cetral Asia AS" şirkətidir.