Şərqi Zəngəzur iqtisadi rayonuna investisiya qoyuluşu 2,4 dəfə artıb

Maliyyə
  • 18 noyabr, 2023
  • 08:15
Şərqi Zəngəzur iqtisadi rayonuna investisiya qoyuluşu 2,4 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Şərqi Zəngəzur iqtisadi rayonuna 2 milyard 622,6 milyon manat investiizya qoyulub ki, bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu vəsaitlərin 96,2 %-i və ya 2 milyard 523,9 milyon manatı tikinti-quraşdırma işlərinə ayrılıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

9 ayda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş Cəbrayıl rayonuna 388,8 milyon manat (18,5 % çox), Kəlbəcər rayonuna 653 milyon manat (3,2 dəfə çox), Qubadlı rayonuna 189 milyon manat (85,3 % çox), Laçın rayonuna 1 milyard 023 milyon manat (7,8 dəfə çox), Zəngilan rayonuna 368,6 milyon manat (4,4 % çox) kapital qoyuluşu həyata keçirilib.

Tikinti-quraşdırma işlərinə Cəbrayılda 334 milyon 275,1 min manat, Kəlbəcərdə 650 milyon 370 min manat, Qubadlıda 188 milyon 330,8 min manat, Laçında 983 milyon 043,9 min manat, Zəngilanda 367 milyon 889,8 min manat ayrılıb.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 728,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % çox vəsait yönəldilib.