Serhat Köksal: "Azərbaycan son onilliklərdə dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib"

Maliyyə
  • 01 iyul, 2026
  • 11:06
Serhat Köksal: Azərbaycan son onilliklərdə dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib

Azərbaycan son onilliklər ərzində güclü institutlara, müasir infrastruktura və şaxələndirilmiş istehsal bazasına malik dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib.

"Report" xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nda deyib.

O qeyd edib ki, Azərbaycan bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır:

"Bankın Azərbaycandakı fəaliyyəti ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq daim inkişaf edib. Bakıda keçirilən İllik Toplantı yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın növbəti inkişaf mərhələsinə praktiki dəstək mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır. QDTİB Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazırdır".