Sahil Babayev: “Azərbaycanda elm və təhsil sahəsinə kompleks yanaşmaq lazımdır”

Maliyyə
  • 27 may, 2025
  • 12:05
Sahil Babayev: “Azərbaycanda elm və təhsil sahəsinə kompleks yanaşmaq lazımdır”

Azərbaycanda elm və təhsil sahəsinə kompleks yanaşmaq lazımdır.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, doğrudur, elm və təhsil xərcləri ayrıdır: “Buna görə də elm xərcləri kiçik görünür. Təhsil xərcləri ötən il 4,4 milyard manat olub. ÜDM-nin 3,5 %-i olub. Əksər ölkələrdə elm təhsil xərcləri 3-5 % arası olur. Bu beynəlxalq rəqəmlərə çox yaxındır. Bizim təhsil xərcləri içində də kifayət qədər elmlə bağlı xərclər var”.

S.Babayev qeyd edib ki, eyni zamanda ümumi dövlət xidmətlərinin digər bölmələrində olan xərclərdə də elmlə bağlı xərclər var: “Universitetlər bölməsinə ayrılan xərclərin də bir hissəsi elmlə bağlıdır. Elmlə bağlı hissənin ümumi rəqəminin göstərməyə çalışacağıq. Bundan istifadə məsələsi də var. Elm xərcləri istifadə innovativ olmalıdır. Müvafiq indikatorlara təqdim olunan nəticələrə əsaslanmalıdır. Elm, təhsil xərclərinin ÜDM-nin 4 %-dən aşağı düşməməsi üçün niyyətimiz var”.