Sahib Ələkbərov: "Son 7 ildə valyuta ehtiyatlarımız 2 dəfəyə yaxın artıb"
- 07 noyabr, 2025
- 11:56
Azərbaycan 2018-ci illə müqayisədə strateji valyuta ehtiyatlarını 1,8 dəfə artırıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
"Bu, cari il üzrə gözlənilən ümumi daxili məhsuldan (ÜDM) çoxdur və çox vacib göstəricidir", - deyə nazir müavini qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin iqtisadi dövriyyəyə cəlb olunması üçün genişmiqyaslı işlər görür: "2021-2025-ci illərdə bu işlərə dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb. Bu sərmayələrin iqtisadi artıma təsiri gələcək dövlərə təsadüf edəcək. Sosial-iqtisadi rifahın və dövlətçiliyimizin gücləndirilməsinə yönəlmiş addım nöqtəyi nəzərindən bu, əvəzsiz və bizim üçün prioritet sərmayə istiqaməti olaraq qalacaq".