Sahib Ələkbərov: "Son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb"

Maliyyə
  • 22 oktyabr, 2025
  • 12:17
Sahib Ələkbərov: Son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb

Son 30 ildə Azərbaycanın dövlət büdcəsi təxminən 50 dəfə artıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.

Onun sözlərinə görə, 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatı 3,8 dəfə, o cümlədən qeyri-neft sektoru 3,7 dəfə artıb: "2003-cü ildə yoxsulluq səviyyəsi 44,7 %, işsizlik səviyyəsi 9,2 % təşkil etdiyi halda, həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ildə həm yoxsulluq, həm də işsizliyin səviyyəsi təxminən 5,3 %-ə düşüb".

Nazir müavini qeyd edib ki, 2004-2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatında 344,4 milyard ABŞ dolları sərmayə qoyulub, onun da 213,2 milyard ABŞ dolları qeyri-neft sektoruna yönəldilib.

Son xəbərlər

Bütün Xəbər Lenti