"S&P": "USD/AZN məzənnəsi 2026-cı ilə qədər dəyişməyəcək"

Maliyyə
  • 10 iyun, 2023
  • 07:45
S&P: USD/AZN məzənnəsi 2026-cı ilə qədər dəyişməyəcək

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.

Sənədə əsasən, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər: "Bu, Azərbaycan Mərkəzi Bankının 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək"