S&P: "Pandemiya səbəbindən “PAŞA Bank”ın kredit portfeli 8-9 % artacaq"

Maliyyə
  • 03 fevral, 2022
  • 07:38
S&P: Pandemiya səbəbindən “PAŞA Bank”ın kredit portfeli 8-9 % artacaq

“PAŞA Bank” ASC-nin kapitallaşması il ərzində 5-6 % təşkil edəck. Bunun səbəbi yüksək dividend ödənişləri, habelə bankın böyüməsini dəstəkləmək üçün səhmdarlar tərəfindən birinci səviyyəli kapitala hər hansı mədaxilin nəzərdə tutulmamasıdır.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq agentliyinin bankın kredit reytinqini "B+/sabit/B" səviyyəsində təsdiqləyən açıqlamasında bildirilir.

“Gümanımıza görə, bnankın məcmu kredit portfeli qarşıdakı 12 ay ərzində 8-9 % artacaq. Bu da pandemiya üzündən müştərilərə göstərilən xidmətlərdə fasilələrin olması və qarşıdakı üç ildə ÜDM artımına dair nikbin proqnozlarla bağlıdır. Amma bütövlükdə bank sistemi üçün verdiyimiz 10-12 %-lik proqnoza nisbətən yenə də yaxşı rəqəmdir”, – deyə məlumatda qeyd olunur.

“PAŞA Bank”ın Azərbaycanın üçüncü böyük bankı kimi ölkənin korporativ kreditlər bazarındakı sabit mövqeyini saxladığı, kredit qabiliyyətini artırdığı da bildirilir: "Bankın əksər müştəriləri əvvəlki kimi korporativ və imkanlı fərdi şəxslərdir. Azərbaycanda böyük və orta şirkətlərə bank xidmətlərində mühüm əhəmiyyətə malik “PAŞA Bank”ın böyük likvidlik buferi əmanətçilərin dəyişkənlik ehtimalını azaldır".

Böyük bazar payı və Azərbaycanda iri və orta ölçülü korporasiyalara xidmət göstərilməsindəki mühüm rolu nəzərə alındığında, “PAŞA Bank”ın sistem baxımından S&P tərəfindən son dərəcə əhəmiyyətli hesab edilir.

“PAŞA Bank”ın stabil proqnozu, Azərbaycanda səviyyəli müştəri bazasının, böyük likvidlik ehtiyatının və sabit müştəri depozitlərinin növbəti 12 ay ərzində kredit profilini dəstəkləyəcəyinə dair gözləntilərimizə əsaslanır", - məlumatda deyilir.

44 filmi