"Russlavbank"ın missiyası Azərbaycana gəlib

Maliyyə
  • 28 avqust, 2015
  • 08:32
Russlavbankın missiyası Azərbaycana gəlib

Bakı. 28 avqust. REPORT.AZ/ "Russlavbank" ASC-nin nümayəndələri "Contact" beynəlxalq pul köçürmələri sisteminin fəaliyyəti ilə bağlı görüşlər keçirmək üçün Azərbaycana gəliblər.

"Azərpoçt" MMC-dən "Report"a daxil olan xəbərə görə, görüşdə beynəlxalq pul köçürmələrinin inkişafında maraqlı olan MDB ölkələri üzrə vitse-prezident Svetlana Frolova, inkişaf şöbəsinin müdiri S.Nikiforov və digər əməkdaşlarla yanaşı 30-a yaxın tərəfdaş bankların, o cümlədən "Azərpoçt" MMC-nin nümayəndəsi iştirak edib.

Tədbirin formatı işin keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində aktual olan məsələlərin həllindən ibarət olub.