Rublun məzənnəsi ABŞ dolları və avroya nisbətdə ucuzlaşıb

Maliyyə
  • 19 dekabr, 2022
  • 13:27
Rublun məzənnəsi ABŞ dolları və avroya nisbətdə ucuzlaşıb

Rusiya milli valyutası – rublun məzənnəsi ABŞ dolları və avroya nisbətdə ucuzlaşıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Moskva birjasında mayın 11-dən bəri ilk dəfə 1 ABŞ dolları 68 rubl, 1 avro isə 72 rubl təşkil edib.

Qərb ölkələrinin dekabrın 5-də Rusiya neftinə yuxarı qiymət həddi tətbiq etməsi rublun ucuzlşamasına səbəb olub.