“Royal Bank”ın təminatsız kreditorlarına növbəti ödəniş olacaq

Maliyyə
  • 12 iyun, 2019
  • 06:46
“Royal Bank”ın təminatsız kreditorlarına növbəti ödəniş olacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Royal Bank” ASC-nin kreditorlarına müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlara iyunun 18-dən növbəti ödənişin həyata keçirilməsinə başlanılacaq.

Ödəniş nağdsız qaydada olacaq. Kreditorlar ADIF-in Bakı şəhəri, Xətao rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etməlidirlər. 

44 filmi