"Regional" BOKT ötən ili mənfəətlə başa vurub
- 04 may, 2023
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 35 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2021-ci ildən 52 min manat mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Regional"ın vergiyəqədərki mənfəəti 71 min manat (əvvəlki ilə nisbətən təxminən 35 % çox), mənfəət vergisi ödəmələri isə 36 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Regional"ın aktivləri 1,753 milyon manat olub ki, bu da illik müqayisədə 44,2 % çoxdur. Bunun 1,242 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 60,3 % böyüyüb.
Hesabat dövründə "Regional"ın öhdəlikləri 72,8 % artaraq 1,237 milyon manata, balans kapitalı isə 3,2 % artaraq 516 min manata çatıb.
Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.