Qızıl yenidən bahalaşır
- 21 fevral, 2026
- 01:45
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin aprel ayında tədarük edilməli olan qızıl fyuçersinin qiyməti fevralın 12-dən bəri ilk dəfə 5 100 dollardan yuxarı qalxıb.
"Report" xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından aydın olur.
Bakı vaxtı ilə saat 23:56-ya olan məlumata görə, qiymətli metalın qiyməti 2,15 % artaraq bir troya unsiyası üçün 5 104,6 dollar təşkil edib. Şənbə günü saat 00:01-də qızılın qiyməti artım tempini bir qədər yavaşladaraq 5 102,7 dollara (+2,11 %) düşüb.
Lakin artıq saat 01:19-da qızılın qiyməti 5 117,3 dollara (+2,4 %) qədər yüksəlib.
Analitiklər qeyd edirlər ki, qiymətli metalın dəyərinin artmasına sabit tələbat, həmçinin ABŞ-nin ÜDM-i ilə bağlı zəif göstəricilər və Ali Məhkəmənin tariflərlə bağlı hökmü səbəb olub.