Venesuela və "ExxonMobil" energetika sahəsində əməkdaşlıq memorandumu imzalayıb
- 10 noyabr, 2026
- 20:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Venesuelanın dövlət neft-qaz şirkəti (PDVSA) və Amerikanın "ExxonMobil" korporasiyası neft-qaz sənayesində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
"Report" "Venezolana de Televisión"a istinadən xəbər verir ki, bu barədə sənədin imzalanması mərasimində iştirak edən Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes bildirib.
"Ümid edirəm ki, bu memorandum yaxın vaxtlarda nəticələr və gözlənilən investisiyalar gətirəcək konkret sazişlərin bağlanmasına səbəb olacaq", - o vurğulayıb.
Onun sözlərinə görə, əməkdaşlıq həm Amerika şirkətinə, həm də Venesuela iqtisadiyyatına fayda verməlidir.
Rodriqes dəqiqləşdirib ki, memorandum milyardlarla barel ehtiyatı olan neft yataqlarına şamil edilir. Onun qiymətləndirməsinə görə, "ExxonMobil" layihələrin həyata keçirilməsi üçün zəruri texnologiyalara, kapitala və istehsal imkanlarına sahibdir, Venesuela isə əhəmiyyətli resurslara və neft-qaz sənayesi üzrə ixtisaslı mütəxəssislərə malikdir.
Rodriqes həmçinin əmin edib ki, ölkə hakimiyyəti Amerika şirkəti üçün etibarlı hüquqi şərait və fəaliyyət təhlükəsizliyini təmin edəcək. Onun fikrincə, əldə olunmuş razılaşmalar milli iqtisadiyyatın inkişafı üçün əlavə stimul olacaq.