Mikayıl Cabbarov: "Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları ÜDM-dən daha sürətlə artıb"

Maliyyə
  • 11 fevral, 2020
  • 13:39
Mikayıl Cabbarov: Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları ÜDM-dən daha sürətlə artıb

“Ötən il yanvarın 1-dən kiçik və orta sahibkarlar üçün vergi yükü əhəmiyyətli dərəcədə - ümumilikdə 2 dəfə azaldılıb".

"Report" xəbər verir ki, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Bununla belə, onun sözlərinə görə, ötən il vergi daxilolmaları proqnozdan çox olub: "Xüsusilə qeyri-neft sektorunda 9,2% və yaxud 458 milyon manat çox vergi toplanılıb. Sektordan daxilolmaların artım tempi ÜDM-in nominal artımını 2 faiz bəndi üstələyib. Ümumiyyətlə, toplanmış vergilərin 71%-i qeyri-neft sektorunun, 76,4%-i isə özəl sektorun payına düşüb. 2005-ci ildən bəri ilk də 2019-cu ildə qeyri-neft sektorunda vergi yığımlarının icra göstəricisi ən yüksək - 109% olub. Son iki ildəki nailiyyətlərdən biri də artıq ödəmələrin məbləğinin 721 milyon manat azalması olub”.