Qarabağdakı hotellərə nağdsız ödənilən ƏDV-nin 30%-i geri qaytarılacaq

Maliyyə
  • 03 noyabr, 2022
  • 07:05
Qarabağdakı hotellərə nağdsız ödənilən ƏDV-nin 30%-i geri qaytarılacaq

Gələn ildən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən mehmanxanalara nağdsız qaydada ödənilən ƏDV-nin 30 %-nin geri qaytarılması nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Qarabağdakı mehmanxanalara nağd qaydada ödənilən ƏDV-nin isə 5%-i geri qaytarılacaq.

Xatırladaq ki, hazırda sözügedən nisbətlər müvafiq olaraq 15 % və 10 %-dir.

44 - Tezliklə