Qarabağ iqtisadi rayonuna bu il investisiya qoyuluşu 83 % artıb

Maliyyə
  • 18 noyabr, 2023
  • 08:28
Qarabağ iqtisadi rayonuna bu il investisiya qoyuluşu 83 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Qarabağ iqtisadi rayonuna 1 milyard 473,7 milyon manat investisiya qoyulub ki, bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 83 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu vəsaitin 97 %-i və ya 1 milyard 428,8 milyon manatı tikinti-quraşdırma işlərinə ayrılıb ki, bu da illik müqayisədə 82 % çoxdur.

Hesabat dövründə yatırılan investisiyalar hesabına iqtisadi rayonun ərazisində 21 399,8 kv.metrlik tikinti işləri həyata keçirilib. Bu da, illik müqayisədə 2,8 % çoxdur.

9 ayda Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna 52,6 milyon manat (4,1 dəfə çox), Ağdam rayonuna 360 milyon manat (2,7 dəfə çox), Bərdə rayonuna 6,6 milyon manat (3,9 dəfə az), Füzuli rayonuna 590,9 milyon manat (97,7 % çox), Xocalı rayonuna 257 min manat (2,6 dəfə çox), Xocavənd rayonuna 87,5 milyon manat (33,4 % az), Şuşa rayonuna 333 milyon manat (98,2 % çox), Tərtər rayonuna 42,7 milyon manat (17,3 % çox) kapital qoyuluşu həyata keçirilib.

O cümlədən Ağcabədi rayonunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə kapital qoyuluşu 3,5 dəfə artaraq 37,9 milyon manata, Ağdam rayonunda 2,7 dəfə artaraq 341 milyon manata, Bərdə rayonunda 3,9 dəfə azalaraq 6,4 milyon manata, Füzuli rayonunda 97,7 % artaraq 585,6 milyon manata, Xocalı rayonunda rayonunda tikinti-quraşdırma işlərinə 2,5 dəfə azalaraq 38 min manata, Xocavənd rayonunda tikinti-quraşdırma işlərinə 33,6 % azalaraq 87 milyon manata, Şuşa rayonunda 2,1 dəfə artaraq 332 milyon manata, Tərtər rayonunda 10,6 % artaraq 37,7 milyon manata təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 728,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % çox vəsait yönəldilib.