“Qafqaz-Kredit” BOKT-un xalis mənfəəti 2 dəfə artıb
- 30 iyun, 2022
- 07:16
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 23 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 91,7 % çoxdur.
Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 29 min manat (əvvəlki ilə nisbətən 93,3% çox), mənfəət vergisi ödəmələri isə 6 min manat (2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1,155 milyon manat olub ki, bu da illik müqayisədə 10,5 % azdır. Bunun 977 min manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 1,2 % böyüyüb.
Hesabat dövründə “Qafqaz-Kredit”in öhdəlikləri 43,8 % azalaraq 236 min manata, balans kapitalı isə 5,8 % artaraq 919 min manata çatıb.
Xatırladaq ki, “Qafqaz-Kredit” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri Arif Qurbanov (direktor, 33,3%), Xalisə Əminova (33,4%) və Züleyxa Rəsulovadır (33,3%).