“Qafqaz Kredit” BOKT-nin aktivləri 6% artıb

Maliyyə
  • 26 iyun, 2019
  • 13:03
“Qafqaz Kredit” BOKT-nin aktivləri 6% artıb

“Qafqaz Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 6% artaraq 828 min manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qafqaz Kredit”in müştərilərə verdiyi xalis kreditlər isə 15,3% azalaraq 553 min manata düşüb.

Hesabat dövründə BOKT-nin, təxminən, 1 000 manatlıq cəmi öhdəlikləri formalaşıb, cəmi kapitalı isə 5,9% artaraq 827 min manat olub.

“Qafqaz Kredit” 2018-ci ili 46 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 18 min manat zərərlə çıxmışdı.