“Qafqaz İnkişaf Bankı”nın 3 milyon manatlıq əmlakı təkrar hərraca çıxarılır

Maliyyə
  • 25 iyul, 2023
  • 08:08
“Qafqaz İnkişaf Bankı”nın 3 milyon manatlıq əmlakı təkrar hərraca çıxarılır

Avqustun 17-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin daşınmaz əmlakının satışı üzrə təkrar açıq hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 ünvanında yerləşən 0,8 hektar torpaq sahəsindən gedir. Əmlaka 3 milyon manat qiymət qoyulub.