“PSG Finans” BOKT-un xalis mənfəəti 14% artıb
- 24 may, 2022
- 05:29
Yeniliklərdən dərhal xəbərdar olun!
“PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 1,975 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2020-ci illə müqayisədə 14,2% çoxdur.
Ötən il “PSG Finans”ın vergiyəqədərki mənfəəti 2,421 milyon manat (əvvəlki ilə nisbətən 9,8% çox), mənfəət vergisi ödəmələri isə 446 min manat (6,3% az) təşkil edib.
Bu il yanvarın 1-nə “PSG Finans”ın aktivləri 14,671 milyon manat olub ki, bu da illik müqayisədə 78,5% çoxdur. Bunun 11,813 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 84,1% böyüyüb.
Hesabat dövründə “PSG Finans”ın öhdəlikləri 42,9 % azalaraq 1,614 milyon manata düşüb, balans kapitalı isə 2,4 dəfə artaraq 13,057 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,4 dəfə artaraq 10 milyon manata çatıb.
Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12,5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.
“PSG Finans” “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə həm də "PSG Kapial İnvestisiya Şirkəti" QSC təmsil olunur. Yeri gəlmişkən, BOKT-un təsisçisi olan F.Məmmədov həm də investisiya şirkətinin yeganə səhmdarıdır.