“Pro Kredit” BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 05 iyun, 2023
  • 08:06
“Pro Kredit” BOKT ötən ili mənfəətlə başa vurub

“Pro Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 47 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2021-ci ildən 39 min manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Pro Kredit”in aktivləri 2,875 milyon manat olub ki, bu da illik müqayisədə 7,7% azdır. Bunun 2,744 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli yenidən formalaşıb.

Hesabat dövrünə “Pro Kredit”in öhdəlikləri 7,6 % azalaraq 1,817 milyon manata, balans kapitalı isə 7,9 % azalaraq 1,058 milyon manata düşüb.

Xatırladaq ki, “Pro Kredit” BOKT 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri 77,3 % payla Məhəbbət Məmmədov və 22,7 %-lə Rəna Məmmədovadır.