“Premium Bank”ın kredit portfeli 4 % kiçilib
- 26 aprel, 2023
- 07:16
Yeniliklərdən dərhal xəbərdar olun!
“Premium Bank” ASC bu ilin I rübünü 3,506 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur.
Yanvar-mart aylarında “Premium Bank”ın gəlirləri 12,402 milyon manat (illik müqayisədə 10,5 % çox), xərcləri 9,633 milyon manat (6,1 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 736 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Premium Bank”ın aktivləri 700,927 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,6 % çoxdur. Bunun 459,459 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,4 % kiçilib.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 9,9 % artaraq 523,64 milyon manata, o cümlədən depozit portfeli 9,5 % artaraq 479,67 milyon manata çatıb, balans kapitalı isə 2,1 % azalaraq 177,288 milyon manata düşüb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.