“Premier Kredit” BOKT-un xalis mənfəəti 5 dəfə artıb
- 01 iyun, 2022
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
“Premier Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 23 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,6 dəfə çoxdur.
Ötən il “Premier Kredit”in 29 min manat (əvvəlki ilə nisbətən 4,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 6 min manat (6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Premier Kredit”in aktivləri 1,459 milyon manat olub ki, bu da illik müqayisədə 0,3% azdır. Bunun 1,295 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 2,9 % böyüyüb.
Hesabat dövründə “Premier Kredit”in öhdəlikləri 2,9 % azalaraq 1,22 milyon manata düşüb, balans kapitalı isə 13,4 % artaraq 237 min manata çatıb.
Xatırladaq ki, “Premier Kredit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 401 min manat, BOKT-un təsisçiləri Şəhla Mehdiyeva (34%), Validə Əzizova (33% və İlahə Baxşəliyevadır (33%).