“Premier Kredit” BOKT-un xalis mənfəəti 2 dəfə artıb
- 10 mart, 2023
- 05:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“Premier Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 51 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,2 dəfə çoxdur.
Ötən il “Premier Kredit”in vergiyəqədərki mənfəəti 64 min manat (əvvəlki ilə nisbətən 2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 13 min manat (2,2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Premier Kredit”in aktivləri 1,462 milyon manat olub ki, bu da illik müqayisədə 0,2% çoxdur. Bunun 1,32 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 1,9 % böyüyüb.
Hesabat dövründə “Premier Kredit”in öhdəlikləri 4,8 % azalaraq 1,161 milyon manata düşüb, balans kapitalı isə 27 % artaraq 301 min manata çatıb.
Xatırladaq ki, “Premier Kredit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 401 min manat, BOKT-un təsisçiləri Şəhla Mehdiyeva (34%), Validə Əzizova (33% və İlahə Baxşəliyevadır (33%).