“Premier Kredit" BOKT-un lisenziyası ləğv olunub

Maliyyə
  • 25 aprel, 2025
  • 11:00
“Premier Kredit BOKT-un lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib. 

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumata görə, lisenziya könüllü müraciət əsasında ləğv olunub. Bununla da, ölkədə BOKT-ların sayı 56-ya düşüb. 

"Premier Kredit" bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

44 - Tezliklə