PayPal və Google süni intellekti birgə inkişaf etdirmək barədə razılığa gəliblər
Maliyyə
- 18 sentyabr, 2025
- 07:17
Google və PayPal süni intellekt (AI) ilə təchiz edilmiş ticarət və ödənişləri birgə inkişaf etdirməyi planlaşdırır.
"Report"un məlumatına görə, şirkətlər bu məqsədlə PayPal-ın rəqəmsal ödəniş həllərinin bir sıra Google məhsullarına inteqrasiyasını özündə ehtiva edən çoxillik əməkdaşlığa başlayıblar.
Google-un ana şirkəti Alphabet-in baş direktoru Sundar Piçai bildirib ki, PayPal xidmətləri təkmilləşdirmək və təhlükəsizliyi artırmaq üçün Google-un süni intellektindən istifadə edəcək.
Google da öz növbəsində PayPal-ın ödəniş imkanlarını daha da inteqrasiya edəcək.
PayPal-ın müəssisə ödənişləri bölməsi Google Cloud, Google Ads və Google Play kimi məhsullar vasitəsilə kart ödənişlərini emal edən əsas provayderə çevriləcək.
Son xəbərlər
20:01
BMT: Sudanda dron hücumları nəticəsində 100-dən çox dinc sakin həlak olub
Digər ölkələr19:53
"Mançester Siti"nin futbolçusu 2025-ci ildə meydana çıxa bilməyəcək
Futbol19:48
Elektron siqaretlərdə yaranan aerozollar ağciyər üçün geridönüşü olmayan problemlər yaradır - RƏY
Daxili siyasət19:43
Macarıstan ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükü üzrə müqavilə imzalayıb
Digər ölkələr19:31
Mədəniyyət Nazirliyi "MilliNet 2025" müsabiqəsinin qalibləri sırasında yer alıb
Mədəniyyət siyasəti19:12
Türkiyə Ordusu il ərzində terrorçulara aid 308 mağara və sığınacağı məhv edib
Region19:08
Foto
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Digər19:08
Şmıqal: 2025-ci ildə Ukraynaya yardım rekord 45 milyard dollara çata bilər
Digər ölkələr19:06
Foto